Modern.az

Spikerdən tolerantlıq ənənələrinə yüksək qiymət

Spikerdən tolerantlıq ənənələrinə yüksək qiymət

Aktual

28 Yanvar 2022, 17:10

Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Parlamentin İcmalar Palatasının Spikeri Ser Lindsi Hoyl ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Spiker ölkəmizin Birləşmiş Krallıqla tərəfdaşlıq münasibətlərini, Azərbaycanla xüsusilə enerji sahəsində təsis edilmiş uğurlu əməkdaşlığı və Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrini yüksək qiymətləndirib.

 

Səfir və Spiker arasında görüşlə əlaqədar İcmalar Palatasının inzibati binasının qarşısında protokol ənənələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılıb. Elin Süleymanov İcmalar Palatasının xatirə dəftərini imzalayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı