Modern.az

Füzulidə traktor minaya düşdü

Füzulidə traktor minaya düşdü

Aktual

28 Yanvar 2022, 17:52

Füzuli rayonunda traktor minaya düşüb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

 

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı