Modern.az

Yoluxma və ölüm sayı bu gün də ARTDI

Yoluxma və ölüm sayı bu gün də ARTDI

Aktual

28 Yanvar 2022, 18:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib.

 

Hazırda aktiv xəstə sayı 17 204 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə ümumilikdə 6 119 861 test icra olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı