London birjasında keçirilən hərracda “Brent” markalı neftin aprel fyüçersləri bahalaşıb.
Modern.az xəbər verir ki, “qara qızıl” 2% bahalaşaraq bir bareli 90,01 dollara satışa çıxarılıb.
“Brent” sonuncu dəfə 2014-cü ilin oktyabrında 90 dollardan baha satılıb.
WTI markalı neftin bir barelinin qiyməti isə 1,87% artaraq 88,23 dollar təşkil edib.