Britaniyalı məşhur müğənni Ed Şiran mobil telefondan imtina edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni depressiyaya düşdüyü üçün bu addımı atıb
O bildirib ki, smartfona görə pis əhvali-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib. Müğənni insanlarla əlaqəni kəsmədiyini, ancaq münasibəti məhdudlaşdırdığını söyləyib.
Ed Şiran hazırda yalnız elektron poçtdan istifadə etdiyini söyləyib.