Modern.az

Filippin silkələndi

Filippin silkələndi

Aktual

30 Yanvar 2022, 14:37

Yanvarın 30-da Filippinin Luson adasının qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.


Modern.az xəbər verir ki, bu barədə Honkonq seysmoloji observatoriya şəbəkəsi məlumat yayıb.


Yeraltı təkanların episentrinin Cənub Çin dənizində, Baqio şəhərindən 270 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.


Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı