Modern.az

Türkiyənin məhv etdiyi terrorçuların SAYI

Türkiyənin məhv etdiyi terrorçuların SAYI

Aktual

30 Yanvar 2022, 15:49

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

 

Modern.az "Anadolu" agentliyinə xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

 

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

 

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı