Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasından Modern.az-a bildirilib ki, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib. Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.