“Son iki ilə dünya ölkələri, o cümlədən Azərbaycan üçün çətin il olub. Biz böyük ehtimal hələ də COVID-lə birgə yaşayacağıq".
Modern.az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
V.Andreyeva əlavə edib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan həmin ərazilərdə bərpa işlərinə başlayıb:
"Münqaişədən sonrakı dövrdən sonra da insan təlafatı olur. Mina partlayışı və s. hadisələr baş verir”.