Gürcüstanda koronavirusun “Omicron” ştamından ilk ölüm halı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir neçə gündür qonşu ölkədə koronavirusa yoluxanların sayı artmaqdadır. Belə ki, yoluxmaların sayı 1 milyonu ötüb, ölənlərin ümumi sayı isə 15 minə çatıb.