Modern.az

Ana və azyaşlı qızı dəm qazından zəhərləndi

Ana və azyaşlı qızı dəm qazından zəhərləndi

Aktual

6 Fevral 2022, 08:14

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

 

Belə ki, Səbinə Gülməmmədova və onun azyaşlı qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə ana və az yaşlı qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində