Modern.az

25 yaşlı gənci maşın vurdu

25 yaşlı gənci maşın vurdu

Aktual

6 Fevral 2022, 09:49

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, qəza Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, "Gülüstan yolu" deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır. ("Report")

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı