Modern.az

Ölkə çempionatı: Favoritlər qalib gəldi

Ölkə çempionatı: Favoritlər qalib gəldi

Aktual

6 Fevral 2022, 12:00

Xəbər verdiyimiz kimi, fevralın 5-də Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib.

 

Modern.az xəbər verir ki, 24 şahmatçının mübarizə apardığı Azərbaycan çempionatında birinci turun ilk gedişlərini gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, sona çatmış ilk turda reytinq favoritlərinin böyük əksəriyyəti qalib gəlib və bu mənada gözlənilməz nəticələr olmayıb. Bu turda 9 şahmatçı öz aktivinə bir xal yazdırıb.

 

Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Məmmədov, Misrətdin İskəndərov, Murad İbrahimli, Pərviz Qasımov ilk turu qələbə ilə başa vurublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı