Modern.az

Göyçayda iki qəza: Yaralılar var

Göyçayda iki qəza: Yaralılar var

Aktual

6 Fevral 2022, 17:49

Göyçay rayonunda bir gündə iki yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Göyçaydan keçən hissəsində "VAZ 2107", "Ford" və "Chevrolite" markalı avtomobillərin iştirakilə zəncirvari qəza olub.

 

Hadisə zamanı "VAZ 2107"-nin sürücüsü İrşad Salmanov və başqa bir nəfər xəsarət alıb.

 

Digər hadisə Göyçay-Ucar yolunda qeydə alınıb. Belə ki, "Opel" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində sürücü Kamran Novruzov və sərnişini Vüsal Əhmədov ağır xəsarət alıblar.

 

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı