Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7474 yeni yoluxma faktı qeydə alınıb, 4840 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 25 vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 698 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8871 nəfər vəfat edib, aktiv xəstə sayı 43 405 nəfərdir.
Ölkədə son sutka ərzində 19 043, hazırkı dövrədək isə 6 267 457 test aparılıb.
