Modern.az

"Onlar bir addım belə geri çəkilmədilər" - Komitə sədri

Aktual

7 Fevral 2022, 08:37

""Mən çox şadam ki, son illər Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin söylədiyi bu sözlər gənclərimizin fəaliyyətinə, mübarizliyinə, ölkənin ictimai-siyasi həyatında oynadıqları rola verilən qiymətdir". 

 

Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan gəncliyi ən xoş sözlərə layiqdir:

 

"Çünki onlar 44 günlük müharibə zamanı əsl qəhrəmanlıq göstərdilər, torpaqlarımızın azadlığı uğrunda şəhid oldular, sağlamlıqlarını itirdilər, ancaq bir addım belə geri çəkilmədilər. Şuşanın azad edilməsində isə gənclərimizin göstərdiyi qəhrəmanlıqlar misilsizdir, unudulmaz tarixdir. 


Ölkə başçısı forumda gənclərimizin hünərindən, onların ölkənin ictimai-siyasi, mədəni həyatında önəmli rolundan danışarkən, bunun arxasında vətənpərvərlik ruhunun dayandığını qeyd etmişdi. Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda inamla döyüşdülər, müzəffər ordumuzu şöhrətləndirib, xalqımızın başını uca tutdular.


Gənclər Forumu Azərbaycan gənclərinin vətənpərvərliyinə, onların dünyəvi baxışlarına, yaradıcılıq əzminə qiymət verilməsinin nəticəsi idi. Bu həm də gəncləri daha böyük məqsədlər uğrunda mübarizəyə cəlb etmək, onları həvəsləndirmək üçün stimuldur. 


Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq olan gənclərimiz öz uğurları ilə öyünməkdə, vətənin xoş gələcəyi ilə fəxr etməkdə haqlıdırlar. Çünki tarix bunu bir daha sübut etdi. Bu gün gənclərimiz nəinki ölkənin ictimai-siyasi həyatında, eləcə də torpaqlarımızın qorunmasında sərhədlərimizin mühafizəsində əsl vətənpərvərlik göstərirlər. Bütün bunlar bizi sevindirir, çünki gənclər gələcəyimizdir. Gələcəyi möhkəm olan xalq isə əbədidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV