Modern.az

25 COVID xəstəsi küçədə TUTULDU

25 COVID xəstəsi küçədə TUTULDU

Aktual

7 Fevral 2022, 09:39

Fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyidən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!