Modern.az

Təmir etmək istədi, "tok" vurdu

Təmir etmək istədi,

Aktual

7 Fevral 2022, 10:27

Fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağcabədi rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.


İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı