Modern.az

Aİ rəsmiləri Azərbaycan Prezidentinin tənqidindən nəticə çıxardılar

Aİ rəsmiləri Azərbaycan Prezidentinin tənqidindən nəticə çıxardılar

Aktual

7 Fevral 2022, 10:24

Modern.az Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimlinin müsahibəsini oxuculara təqdim edir

 

- Azər müəllim, ötən həftə ölkə gündəmi kifayət qədər zəngin oldu. İlk növbədə Cənubi Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısına və əldə edilən razılaşmalara münasibət bildirməyinizi xahiş edirik.

 

- Azərbaycan Avropan İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır və Aİ bu rolun daha da artmasında maraqlı olduğunu ifadə edib. Azərbaycan isə öz növbəsində əlavə həcmlərdə qaz almaq istəyən, yaxud qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlığa, həmçinin Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Bu baxımdan, həm Azərbaycan, həm də Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdırlar və bu sektora yeni investisiyaların yatırılması, həmçinin yeni tərəfdaşların cəlb edilməsi hər iki tərəfin mənafeyinə xidmət edir. Bu isə, yaxın zaman kəsiyində Azərbaycan və Aİ-nin enerji sektorundakı əməkdaşlığının yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir.

 

- Azər müəllim, sözügedən toplantıda iştorak etmək üçün ölkəmizə səfər edən Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin bir sıra açıqlamaları, o cümlədən Aİ-nin iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırması barədə fikirləri diqqət çəkdi. Məlum olduğu kimi, Aİ daha öncə Ermənistana da eyni həcmdə maliyyə yardımı ayırmışdı və bu ölkəmizdə ciddi narazılıqla qarşılanmışdı.

 

- Avropa İttifaqının ölkəmizə 2 milyard avroluq vəsait ayırması, rəsmi Brüsselin Azərbaycanla münasibətlərinə həssas yanaşdığını və ölkəmizin haqlı tələblərini nəzərə aldığını sübuta yetirir. Sizin də qeyd etdiyiniz kimi, Ermənistana 2 milyard avro vəsit ayrılması ölkəmizdə etirazla qarşılanmış və Prezident İlham Əliyev həm Aİ rəsmiləri ilə təmaslarında, həm də Brüsselə son səfəri çərçivəsində keçirdiyi görüşlərdə və iştirak etdiyi toplantıılarda tamamilə əsaslı olaraq, Aİ-nin bu yanaşmasının ədalətsiz olduğunu bildirmişdi. Cənab Prezident qeyd etmişdi ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığı müddətdə bütün yaşayış məntəqələrini yerlə bir edib, infrastrukturu, mədəniyyət və tarixi abidələri dağıdıb və həmin ərazilərin insan yaşayışı üçün əlverişli hala gətirilməsi üçün olduqca böyük vəsaitlər lazımdır. Bu baxımdan, maliyyə dəstəyi varvar, dağıdıcı Ermənistana yox, dağıntıya məruz qalan Azərbaycana edilməliydi. Görünən odur ki, Aİ rəsmiləri Azərbaycan Prezidentinin tənqidindən nəticə çıxararaq, ölkəmizə də 2 milyard avroluq maliyyə paketi ayırmaq barədə qərar veriblər. 

 

- Ötən həftənin ən önəmli hadisələrindən biri də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdür. Bu görüş barədə təəssüratlarınız necədir?

 


- Düşünürəm ki, görüş barədə bütün reallıqları Makron və Şarl Mişelin vasitəçi kimi yaydıqları birgə bəyanat ifadə edir.  Bəyanatda Minsk qrupuna istinad edilməməsi, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin yer almaması, ilk növbədə Fransa prezidenti tərəfindən, Azərbaycanın haqlı tələblərinin və bölgədəki reallıqların qəbul edilidiyini sübuta yetirir. Şübhəsiz ki, bu yanaşma Avropa İttifaqının Cənubi Qafqazda cərəyan edən proseslərdə aktiv şəkildə iştirak etməsi üçün də vacibdir. Çünki Fransanın nümayiş etdirdiyi davranışların fonunda Avropa İttifaqının regiondakı reallıqlara münasibətdə tərəf kimi nəzərə çarpması, ilk növbədə Aİ-nin maraqlarına zərbə vurur və yanaşma kökündən dəyişməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı