Modern.az

Nazir “Bayraktar”ı nümunə göstərdi

Nazir “Bayraktar”ı nümunə göstərdi

Aktual

7 Fevral 2022, 10:42

"Bu il “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ilk dəfə Türkiyədən kənarda və ilk dəfə məhz  Azərbaycanda keçirilməsi iki ölkənin müttəfiqliyini, qardaşlığını bir daha göz önünə gətirdi". 

 

Modern.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev festival çərçivəsində keçirilən mətbuat konfrasında deyib.

 

Nazir bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir:

 

"Festival gənclərimizin elmə texnologiyayaya marağının artmasına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq. Əminəm ki, Azərbaycan və Türkiyə gəncliyi “Bayraktar” kimi texnoloji həllər təqdim də biləcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı