Modern.az

Ermənistanda daha 11 nəfər COVID-19-dan öldü

Ermənistanda daha 11 nəfər COVID-19-dan öldü

Aktual

7 Fevral 2022, 11:02

Ermənistanda son sutkada daha 1 631 nəfərdə COVID-19 aşkarlanıb.

 

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, bununla da Ermənistanda sözügedən virusa yoluxanların sayı 391 588-ə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 8 097-yə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 555 nəfərdir. İndiyədək 352 985 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 28 951 aktiv koronavirus xəstəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində