“Ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir”.
Modern.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev bu gün keçirilən mətbuat konfransında deyib.
A.Paşayev bildirib ki, onların 28674-ü akademik borcu olanlardır:
“Bu da həmin tələbələrin 20-30 faizini təşkil edir. 41291-inin ümumi orda müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir".