Modern.az

Güclü qar Yaponiyada nəqliyyatı iflic etdi

Güclü qar Yaponiyada nəqliyyatı iflic etdi

Aktual

7 Fevral 2022, 14:00

Rekord səviyyədə yağan güclü qar Yaponiyanın ən şimal adası olan Hokkaydonun inzibati mərkəzi Sapporoda dəmiryolu nəqliyyatının hərəkətini tamamilə iflic edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ümumilikdə 670-dək qatar yola çıxmayıb.

 

Sərnişin avtobuslarının 70%-i eyni səbəbdən işləmir.

 

Qeyd edək ki, şəhərin mərkəzinə 60 sm hündürlükdə qar yağıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...