Modern.az

Lukaşenko Putindən polkovnik rütbəsi gözləyir

Lukaşenko Putindən polkovnik rütbəsi gözləyir

Aktual

7 Fevral 2022, 14:27

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən polkovnik rütbəsi gözlədiyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə Lukaşenko yeli mətbuata müsahibəsində deyib.

 

“Sovet ordusunda xidmət etmişəm və hələ də polkovnik rütbəsi gözləyirəm”, - Lukaşenko bildirib.

 

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Lukaşenkonun bu çıxışına cavab verib.

 

“Vladimir Putinin başqa ölkənin silahlı qüvvələrinə rütbələr verməyə haqqı yoxdur. Çünki Vladimir Putin Rusiya Federasiyasının prezidentidir, Aleksandr isə Belarus Respublikasının prezidenti və vətəndaşıdır. Bunlar iki fərqli ölkədir”, - deyə Peskov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı