Bakıda qətl hadisəsi törədilib.
Modern.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu “Qobu Park 2” yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan kişi qeyri-rəsmi nikahda yaşadığı qadına çoxsaylı bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib. Qətl törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırılma aparılır.