Modern.az

Keşlədə mebel sexi yanıb - VİDEO

Keşlədə mebel sexi yanıb - VİDEO

Aktual

7 Fevral 2022, 14:22

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

 

Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan mebel sexinin içərisində 10 m² sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı