Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daxili və xarici siyasət təşəbbüslərini birinci Prezident Nursultan Nazarbayevlə razılaşdırılması barədə qərarı ləğv edən qanun imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sabiq dövlət başçısının vacib məsələlərlə bağlı hökumət, parlament və palataların iclasında çıxış etmək hüququ saxlanılır. O, Konstitusiya Şurasının üzvü olaraq da səlahiyyətlərini icra edəcək.