Dövlət İmtahan Mərkəzinin müvafiq serverlərində aparılan köçürmə işləri ilə əlaqədar dövlət qulluğu üzrə elektron xidmətlərdən istifadə 7 fevral saat 18:00-dan etibarən 3 gün müddətində dayandırılacaq.
Bu barədə Modern.az-a DİM-dən xəbər verilib.
Bildirilib ki, 21 yanvar tarixində elan edilən və hazırda qeydiyyatı davam edən daxili müsahibə elanı üçün qeydiyyat müddəti uzadılacaq və bu barədə məlumat veriləcək.