Modern.az

"Azəriqaz” Şamaxıda “Açıq mikrofon” aksiyası keçirəcək

Aktual

7 Fevral 2022, 16:12

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Şamaxı rayonu, Zarat Xeybəri kəndində keçiriləcək.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sosial problemlərin kompleks həllinə nail olmaq məqsədilə aksiya "Azərişıq" ASC ilə birgə təşkil olunacaq.

 

Fevralın 8-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində