Modern.az

NATO erməni hərbçilərin qaytarılmasını ALQIŞLAYIR

NATO erməni hərbçilərin qaytarılmasını ALQIŞLAYIR

Aktual

7 Fevral 2022, 17:00

NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini Ermənistana qaytarmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Xavyer Kolomina "Twitter" hesabında yazıb.

 

“NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Doğrudan da yaxşı xəbərdir. Həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, - xüsusi nümayəndə qeyd edib.

 

Xatırladaq ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...