Modern.az

Türkiyə azərbaycanlı sürücüdən DANIŞIR

Türkiyə azərbaycanlı sürücüdən DANIŞIR

Aktual

7 Fevral 2022, 17:54

Bakıda avtobus sürücüsünün ağlayan körpəni sakitləşdirməsini əks etdirən görüntülər Türkiyədə də gündəmə düşüb.


Modern.az xəbər verir ki, “TRT Haber” kanalı bununla bağlı sujet hazırlayıb.


“6 ildir avtobus sürücüsü olan Oqtay Novruzov nəqliyyat vasitəsindəki körpənin dayanmadan ağlamasına görə, ailəsindən icazə alıb və onu qucağına alaraq sakitləşdirib. Azərbaycanda avtobus sürücüsü ağlayan körpəni görməyə dözməyib. Baxın, avtobusu saxlayan sürücü körpəni necə sakitləşdirib”, - süjetdə deyilir. 


Qeyd edək ki,  6 ildir avtobus sürücüsü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib.

 

Sürücü xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı