Modern.az

Kiyevdə GUAM-ın fəaliyyəti müzakirə edildi

Kiyevdə GUAM-ın fəaliyyəti müzakirə edildi

Aktual

7 Fevral 2022, 18:11

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andriy Sibiqa Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Tərəflər təşkilatın cari fəaliyyətini, onun yaxın gələcək üçün əsas prioritetlərini, eləcə də GUAM-ın paytaxt Kiyevdə yerləşən mənzil-qərargahının işini müzakirə ediblər.

 

Görüş zamanı təşkilat çərçivəsində gələcək təmasların qrafikini müzakirə edilib və bu görüşlərin məzmunu ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı