Modern.az

Onların maaşları ARTIRILDI

Onların maaşları ARTIRILDI

Aktual

7 Fevral 2022, 19:11

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Fərmana əsasən, hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

 

Fərmana uyğun olaraq, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

 

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

Hərbi Prokurorluq və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

 

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı