Modern.az

Sahibə Qafarova Estoniyanın XİN başçısı ilə görüşdü

Sahibə Qafarova Estoniyanın XİN başçısı ilə görüşdü

Aktual

7 Fevral 2022, 19:10

Estoniyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin xarici işlər naziri Eva-Maria Liimets ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə estoniyalı nazir "Twitter" hesabında bildirib:

 

"Estoniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşməkdən məmnunam. Görüşdə Estoniya-Azərbaycan ikitərəfli münasibətlərini müzakirə etdik. Bizim ali təhsil və elektron hökumət sahələrində uzunmüddətli əməkdaşlığımız var".

 

Estoniya XİN rəhbəri bildirib ki, müzakirələrdə regional təhlükəsizlik məsələlərinə də toxunulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində