Xəbər verildiyi kimi, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.