Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Neftçi” lider “Qarabağ”ı qəbul edib.
“Bakcell Arena”da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.