Estoniya Prezidenti Alar Karis Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Estoniya Prezidentinin "Twitter" hesabında məlumat verilib.
"Paylaşdığımız çox şey var - rəqəmsal və təhsil sahəsində əməkdaşlığımız çiçəklənir", - Estoniya Prezidenti qeyd edib.
Bildirilib ki, görüşdə əməkdaşlıq və təhlükəsizlik vəziyyəti barədə müzakirələr aparılıb.