Koronavirusun “Omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhəti yaxşıdır.
Modern.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan Tvitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, vəziyyətləri yaxşıya doğru gedir:
"COVID-19 testimiz müsbət çıxdıqdan sonra Tayyib bəylə evdə dincəlməyə davam edirik, uzaqdan işimizi davam etdiririk. Şükürlər olsun ki, Rəbbimin köməyi ilə yəziyyətimiz yaxşı müşahidə olunur. Varlığınızı bilmək bizə güc verir”.
Xatırladaq ki, iki gün əvvəl Türkiyə Prezidenti və xanımı koronavirusa yoluxub.