Modern.az

"Tərtər işi" - Baş prokuror qərarı ləğv etdi 

Aktual

7 Fevral 2022, 21:51

Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı qərarı ləğv edib.

 

Qərar mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.

 

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması barədə məlumat yaymışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı