Ötən gün Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi baş verib.
Modern.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.
Dərhal hadisə yerinə istintaq qrupu gəlib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Qonşuların sözlərinə görə, Laçın rayon sakini Qənəət Fərmanovanın 9 və 11-ci sinifdə oxuyan iki oğlu var. Qonşular ehtimal edirlər ki, hadisə vaxtı uşaqlar evdə olmayıb. Məlumata görə, qadın yaxınlıqdakı supermarketlərdən birində satıcı işləyirmiş.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.