Modern.az

Rusiyada bir gündə 700-ə yaxın insan virusdan ölüb

Rusiyada bir gündə 700-ə yaxın insan virusdan ölüb

Aktual

8 Fevral 2022, 11:53

Rusiyada son sutka ərzində 165 643 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 20 185 nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 698 nəfər artaraq 336 721-ə yüksəlib.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 13 147 023 nəfərə çatıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 706 142 nəfər sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı