Modern.az

Bu gün açılışı olan strateji yarımstansiyadan VİDEO

Bu gün açılışı olan strateji yarımstansiyadan VİDEO

Aktual

8 Fevral 2022, 12:04

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “AzəEnerji” ASC-nin yenidən qurulan strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

 

“AzəEnerji” ASC-dən Modern.az-a verilən məlumata görə, “Yaşma” Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirib, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan, “Xaçmaz”, “Sumqayıt”, “Qobu”, “Cənub” və “Azərbaycan” İstilik elektrik stansiyaları ilə əlaqələndirildiyindən çox strateji funksiyanı üzərinə götürən, “Qobu” Enerji Qovşağının,  “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının sistemə inteqrasiya olunmasını həyata keçirmək üçün əlavə yuvalar quraşdırılan, Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında bilavasitə müstəsna əhəmiyyət kəsb edən, 330/220/110/10 kilovoltluq yarımstansiyadır.

 

“Yaşma” qovşaq yarımstansiyasının görüntülərini təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!