Modern.az

İki min il əvvələ aid qəbir aşkarlandı

İki min il əvvələ aid qəbir aşkarlandı

Aktual

10 Fevral 2022, 21:55

Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.

 

Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.

 

Tapıntı ilə bağlı açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.

 

Abidə ilə bağlı AMEA-ya müraciət edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı