Modern.az

"Zirə" nigeriyalı futbolçunu transfer etdi

Aktual

10 Fevral 2022, 23:15

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1.5 illik müqavilə bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər.

 

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Kovilya” klublarında çıxış edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı