Modern.az

Polis virusu yayanlarla bağlı araşdırma APARIR

Polis virusu yayanlarla bağlı araşdırma APARIR

Aktual

11 Fevral 2022, 08:20

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Rəhman Zaxmayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Buna baxmayaraq, o, polis əməkdaşları tərəfindən istifadəsində olan avtomobillə ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

 

Daha bir aktiv koronavirus xəstəsi Samir Köbərovun da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan hər iki şəxslə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı