Modern.az

Sabiq deputat maaşları vermir - Dövlət Xidməti araşdırma BAŞLATDI

Sabiq deputat maaşları vermir - Dövlət Xidməti araşdırma BAŞLATDI

Aktual

11 Fevral 2022, 12:12

Hazırda “Ştutqart” mağazalar şəbəkəsindən işdən çıxan 64 nəfərin ümumilikdə 76 min manatlıq əməkhaqqı qalığının verilməməsi ilə bağlı şikayətlər araşdırılır.

 

Modern.az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da bildirib ki, hazırda həmin müraciətlə bağlı araşdırma davam edir.

 

Onun sözlərinə görə, sənədlərin Dövlət Xidmətinə təqdim olunması üçün işəgötürənə müraciət edilib: “Nəticələr barədə məlumat veriləcək”.

 

Qeyd edək ki, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi sabiq deputat Nəriman Əliyevdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...