Modern.az

Şəkidə dəhşətli qəza - Sürücü xilas edildi - VİDEO

Şəkidə dəhşətli qəza - Sürücü xilas edildi - VİDEO

Aktual

11 Fevral 2022, 13:17

Şəkidə gecə saatlarında “Jiquli” ağaca çırpılıb. 

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, rayonun Qırxbulaq kəndi ərazisində VAZ markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

 

Ümumiyyətlə dünən nazirlik əməkdaşları tərəfindən 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı