Modern.az

Bu günün hava PROQNOZU

Bu günün hava PROQNOZU

Aktual

13 Fevral 2022, 07:34

Bu günə gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.
 

Atmosfer təzyiqi 766 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Bu gün Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.
 

Tibbi-meteoroloji proqnoz:
 

Fevralın 13-də gün ərzində Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı