Modern.az

Dünyanın ən yaxşı futbolçuları məlum oldu

Dünyanın ən yaxşı futbolçuları məlum oldu

Aktual

13 Fevral 2022, 08:38

İngiltərənin "Çelsi" klubunun futbolçusu Tiaqo Silva klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

 

Modern.az xəbər verir ki, braziliyalı müdafiəçi turnirin həlledici görüşündə 120 dəqiqə meydanda olub. O londonluların heyətində turnir boyu bütün görüşlərdə meydanda əsas heyətdə yer alıb.

 

Məlumata görə, "Palmeyras"ın iki futbolçusu Dudu və Danilo isə bu nominasiya üzrə ikinci və üçüncü yerləri tutublar.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının finalında "Çelsi" Braziliyanın “Palmeyras” komandasını 2:1 hesabı ilə məğlub edərək çempion olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı