Modern.az

Fırtına 120 nəfərin həyatına son qoydu

Fırtına 120 nəfərin həyatına son qoydu

Aktual

13 Fevral 2022, 10:45

Madaqaskarda "Batsirai" tropik fırtınası 120 nəfərin həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, bu barәdә ölkənin Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə Milli Bürosu mәlumat yayıb.

 

Mәlumatda tәbii fәlakәt nәticәsindә hәyatını itirәnlәrin sayının 120 nәfәrә yüksәldiyi vә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib. Mәlumatda hәmçinin tropik fırtına sәbәbindәn 30 min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib. Evlәrini tәrk edәnlәr üçün sığınacaq mәrkәzlәrin yaradıldığı qeyd olunub.

 

"Batsirai" tropik fırtınasının gәlәn hәftә daha ciddi fәsadlara sәbәb olacağı istisna edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı